AZ

Taksi sürücüsü vəhşicəsinə qətlə yetirildi

Sarıyerdə taksi sürücüsü Yaşar Yanıkyürek maşını qaçırıldıqdan sonra bıçaqlanaraq yolun kənarına atılıb. 

News24.az xəbər verir ki, iddialara görə, 5 bıçaq zərbəsi ilə öldürülən şəxsin cansız bədəni hərəkətdə olan avtomobildən yola atılıb. 

Vətəndaşların xəbəri ilə hadisə yerinə polis və tibb işçiləri sövq edilib.

Həkim qrupları tərəfindən aparılan müayinədə 5 bıçaq zərbəsi alan Yaşar Yanıkyürekin öldüyü müəyyən edilib.

Qeyd edək ki, sonra taksi sürücüsünün meyiti ailəsinə təhvil verilib.

Günel Məlikzadə


Seçilən
65
Mənbələr
Şərh ()
Bağla