AZ

Seçkinin qalibi bəlli oldu

Xorvatiyada keçirilən ümumi seçkilərdə Xorvatiya Demokratik İttifaqı qalib gəlib.

News24.az xəbər verir ki, Dövlət Seçki Komissiyası (DİP) səslərin 95,54 faizinin hesablandığını və Xorvatiya Demokratik İttifaqının (HDZ) 60 deputatla 151 yerlik milli parlamentə daxil olduğunu açıqlayıb.

Sosial Demokrat Partiyası (SDP), Mərkəz, Xalq Partiyası-İslahatçılar, Vətəndaş-Liberal İttifaqı (GLAS), Xorvatiya Kəndli Partiyası (HSS) və Adı və Soyadı (SSIP), 42 yerlə ikinci sıradadır.

Qeyd edək ki, Milli parlamentin tərkibinə azlıq partiyalarından olan 8 deputat da daxil olacaq.

HDZ sədri və baş nazir Andrej Plenkoviç mətbuata açıqlamasında, "Əhəmiyyətli olan HDZ-nin ardıcıl üçüncü dəfə parlament seçkilərində inandırıcı şəkildə qalib gəlməsidir. Səhər saatlarından etibarən yeni parlament çoxluğunu formalaşdırmağa başlayacağıq” dedi.

Günel Məlikzadə


Seçilən
81
Mənbələr
Şərh ()
Bağla