AZ

Cənubi Koreya Ukraynaya 200 milyon dollar verəcək

Cənubi Koreya vəd etdiyi 2,3 milyard dollarlıq yardım paketi çərçivəsində bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə Yonhap agentliyi ölkənin maliyyə nazirinə istinadən məlumat yayıb.

Nazir bu barədə Vaşinqtonda Ukrayna məsələsi ilə bağlı keçirilən müzakirə zamanı bildirib.

Cənubi Koreya hökuməti bu il Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün ilkin olaraq 200 milyon dollar humanitar yardım göstərməyi planlaşdırır, qalan 2,1 milyard dollar isə 2025-ci ildən İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondu (EDCF) vasitəsilə uzunmüddətli, aşağı faizli kreditlər şəklində veriləcək. .

Bildirilir ki, Cənubi Koreya da Ukraynaya yardım layihələri üçün Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının hər birinə 50 milyon dollar ianə verəcək.

Cənubi Koreya prezidenti Yoon Seok Yeol 2023-cü ildə Sentyabr ayında Yeni Dehlidə keçirilən G20 sammiti zamanı o, Ukraynaya 2,3 milyard dollar məbləğində əlavə yardım göstərəcəyini vəd etmişdi.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla