AZ

Zelenski:”Krım hava limanını biz vurduq”

Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski aprelin 17-də Ukrayna silahlı qüvvələrinin Krımın Cankoy şəhərinin hərbi hava limanına hücum etdiyini təsdiqləyib. “Ukrayna Silahlı Qüvvələri Canko hava limanına dəqiq hücum edib. Sağ olun, döyüşçülər! Dəqiqliyinizə görə təşəkkür edirəm”, – deyə o bildirib.

Zelenski bu əməliyyatı təşkil edən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskiyə də təşəkkür edib.

Xatırladaq ki, aprelin 17-nə keçən gecə Krımın Cankoy ərazisində hərbi hava limanı yaxınlığında partlayış səsləri eşidilib və hava limanı yaxınlığında böyük yanğın baş verib. Cənub Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk bəyan edib ki, Canko hərbi hava limanı Ukrayna üçün “qanuni hədəf”dir. Rusiya hakimiyyəti Cankodakı partlayışlarla bağlı xəbərləri şərh etməyib.

Seçilən
52
50
Mənbələr
Şərh ()
Bağla