AZ

“Zəmin yaratmadan hansısa dəyişikliklər etmək tələsik addım olar” - Vaqif Sadıqov hansı təkliflə razılaşmadı?

Klublar Komitəsinin aprelin 9-da keçirilən iclasında ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olundu. Komanda sayının 12-yə çatdırılmasını, legioner limitinin 7+4-dən 8+3-ə çevrilməsini təklif edənlər də var.Bəs bu təklifləri Azərbaycan futbolu üçün nə dərəcədə məqsədəuyğundu.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov mövzu ilə bağlı "Football-plus.az"a danışdı. Onun fikrincə, komanda sayının artırılması qədər mübahisəli məsələdi:

“Klub sayının artırılması elə-belə məsələ deyil. Premyer-liqada klub sayının artırılmasından söz gedir. Mətbuatdan da izləyirəm ki, 1-ci liqadan iki komanda elitaya yüksələ bilər. Onda biz 1-ci divizionu da yaddan çıxarmamalıyıq. Ki, o halda komandaların sayı 8 olacaq. Maliyyə durumu, lisenziya şərtləri kimi nüanslar var. Yəni bu təklif, sadəcə, Klublar Komitəsinin ilk iclasında səslənən fikirlərdi. Hələ bir dəfə də bir araya gələcəklər, orda da təhlillər aparılaraq, təkmilləşmə prosesinin şahidi olacağıq. Hər addım ilk növbədə Azərbaycan futbolunun inkişafı üçün atılmalıdı. Bu məsələdə də doğru bir yol seçib komanda sayını, limiti, 1-ci və 2-ci liqalari yaddan çıxarmamalıyıq. Vahid mexanizm qurulduğu halda, futbolun inkişafı da mümkündü. İndidən nəsə demək bəlkə də tezdi. Amma klub sayı nə qədər çox olarsa, futbolçularımız üçün qapılar açılacaq. Özlərini göstərə və rəqabət apara biləcək oyunçular artacaq. Buda mənə görə müsbət haldı”.

Təcrübəli mütəxəssis legioner limitinin dəyişdirilməsini həm müsbət, həm də mənfi təsirlərinin ola biləcəyini dedi:

“Legioner sayı ciddi müzakirə predmetidi. Zəmin yaratmadan hansısa dəyişikliklər etmək, hesab edirəm ki, tələsik addım olar. Birlikdə müzakirə apararaq vahid sistemə gəlmək mümkündü. Limiti artırırıqsa, deməli, oyunçularımızın sayında fərq yaranacaq. Bu da o deməkdi ki, yerli futbolçuların qapıları bağlanır. Bir qapını bağladıqda o biri qapını açmaq lazımdı ki, futbolçularimız da rəqabətdə iştirak etsin. Çempionatda komanda sayını artırmaqla bu rəqabətə şərait yaratmaq olar”.

RÖYANƏ OĞUZ
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla