AZ

Lotereyada iştirak edin, İstanbula səyahət paketinin qalibi olun - “Yes Travel” ilə birlikdə 10 il!

Artıq on ildir ki, “Yes Travel” turizm agentliyi Azərbaycan bazarında etibarlı və güvənli şirkət kimi ön sıralarda yer tutur. Bu müddət ərzində şirkət minlərlə müştərinin etimadını qazanıb.

 

"Yes Travel" müştəriləri üçün unudulmaz səyahətlər yaratmaqda ixtisaslaşmış aparıcı turizm agentliklərindən biri hesab olunur. Fəaliyyət göstərdiyi on il ərzində Avropadan Asiyaya, Afrikadan Cənubi Amerikaya kimi yüzlərlə fərdi və qrup turlar, ekskursiyalar təşkil etmişdir. Turizm sahəsində liderlərindən biri olan “Yes Travel” müştərilərinə geniş çeşiddə xidmətlər və yüksək keyfiyyətli xidmət təklif edərək fəaliyyətini inkişaf etdirməyə davam edir. Peşəkarlardan ibarət komanda marşrutun seçilməsi və otellərin bron edilməsindən tutmuş transfer və ekskursiyaların təşkilinə qədər səyahətinizin hər bir detalını xüsusi diqqətlə planlaşdırır. “Yes Travel” hər bir müştəriyə fərdi yanaşır. Yəni, istəkləri dinləməyə və gözləntilərə tam cavab verən fərdiləşdirilmiş tur təklifləri təqdim etməyə həmişə hazırdır.

 

Bundan əlavə, “Yes Travel” rahat ödəniş şərtləri, o cümlədən sərfəli kredit xidməti təklif edir.

 

Peşəkarlardan ibarət komanda bilir ki, səyahət təkcə dincəlmək və yeni mədəniyyətlərlə tanış olmaq fürsəti deyil, həm də öz rifahınıza və əhvalınıza sərmayədir. Ona görə də şirkət müştərilərinə maddi imkanlarına uyğun olaraq səfərlərini hissə-hissə ödəmək imkanı verir. Bu isə səyahət xəyalını hər kəs üçün əlçatan etməyə kömək edir.

 

Beləliklə, “Yes Travel” ilə səyahət edərkən siz nəinki yüksək keyfiyyətli xidmət və fərdi diqqətlə qarşılanırsınız, həm də səyahətinizi qayğısız etmək üçün rahat ödəniş şərtlərindən yararlanmaq imkanı əldə edirsiniz.

 

“Yes Travel” hər bir müştərinin mükəmməl planlaşdırılmış və stresssiz səyahətini təmin etmək üçün təcrübəli və peşəkarlardan ibarət olan komandadır.

 

Şirkətin əməkdaşı qeyd edir ki, “Biz fəxr edirik ki, müştərilərimiz təkcə səyahətçilər deyil, həm də təkrar-təkrar bizə qayıdan dostlarımıza çevrilirlər”.

 

Şirkət hər kəsi yeni üfüqlər kəşf etməyə və ömür boyu yaddaşlarda qalacaq xatirələr yaratmağa çağırır. Bu səbəbdən də əsas missiyası sərfəli qiymətlərlə yüksək keyfiyyətli xidmət göstərmək və səyahəti hər kəs üçün əlçatan etməkdir.

 

"Yes Travel" 10 illiyi münasibəti ilə əlaqədar tam 3 ay ərzində lotereya keçirir. “Yes Travel”dan tur və ya aviabilət alan hər bir müştəri İstanbula səyahət paketinin qalibi ola bilər. Siz də müsabiqədə iştirak etməyə və şansınızı sınamağa tələsin!

 

 

Turizm sahəsində peşəkar olan “Yes Travel” müştərilərinə geniş çeşiddə turizm xidmətləri və yüksək keyfiyyətli xidmət təklif edərək fəaliyyətini inkişaf etdirməyi və üfiqləri daha da genişləndirməyi planlaşdırır. Beləliklə, "Yes Travel" əmindir ki, birlikdə keçirilən bu on illik, uğurlu səyahət təcrübələrinin yalnız başlanğıcıdır.


Turlar, aviabiletlər və digər xidmətlərdən yararlanmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:

 

+994 12 404 85 87

 

Ünvan: Bakı şəhəri, World Business Center, 11-ci mərtəbə.

Tarix: 18 Aprel 2024, 12:14   
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla