AZ

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Kiyev, 18 aprel, AZƏRTAC

Azərbaycan və Ukrayna Bakıda keçiriləcək COP29 ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə edib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strilets Azərbaycanın bu ölkədəkı səfiri Seymur Mərdəliyevlə görüşündə hər iki tərəf COP29 çərçivəsində əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə qeyd olunub ki, Azərbaycan Ukraynanın Bakıda keçiriləcək COP29-da layiqli iştirakını dəstəkləməyə hazırdır.

Nazir, həmçinin Ukraynanın “EcoZagroza” tətbiqinin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, ekoloji məlumatların rəqəmsallaşdırılması təkcə Ukrayna deyil, həm də tərəfdaşlarımız üçün prioritet məsələdir.

Müzakirələr zamanı COP29 üçün birgə təşəbbüslərin hazırlanması məqsədilə əməkdaşlığın vacibliyi vurğulanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla