AZ

Yaponiyada gecə saatlarında baş verən zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb

Yaponiyada cümə axşamı gecə baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində ən azı 8 nəfər xəsarət alıb. Vətəninfo.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yaponiyanın ictimai televiziyası bildirib ki, güclü təkanların hiss olunduğu Aiçi, Koçi və Osakanın cənub-qərb prefekturalarında səkkiz nəfər yıxılma nəticəsində yüngül xəsarətlər, əsasən cızıqlar və qançırlar alıb.

6,4 bal gücündə zəlzələnin episentri Yaponiyanın cənub-qərbindəki Şikoku və Kyuşu adaları arasında yerləşib.

Sunami təhlükəsi elan edilməyib.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla