AZ

Yaxşı ki, Azərbaycan 50 metr uzaqdadır deməliyik - Paşinyan

Ermənistan son 30 ildə qanunsuzluk mühitində yaşayıb və buna son qoymaq üçün regionda qanunun aliliyini bərqarar etmək lazımdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 
 
"Azərbaycan "50 metr uzaqdadır" sözünü həyacanla deyil, yaxşı Azərbaycan "50 metr uzaqdadır" deməliyik. Orada ticarətlə məşğul olacayıq, ferma tikəcəyik, hətta avtomobillərin hərəkəti üçün imkan yaranacaq. 100% zəmanət vermirəm, amma addım-addım bu səviyyəyə çatacayıq. Ermənistan bu xəttlə davam edərsə yüz faiz güclənəcək. Ermənistan son 30 ildə qanunsuzluk mühitində yaşayıb və buna son qoymaq üçün regionda qanunun aliliyini bərqarar etmək lazımdır.", - Ermənistan mətbuatı Paşinana istinadan yazıb. 
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib. 

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 

 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla