AZ

Kolumbiya BRİKS-ə qoşulmaqda maraqlıdır

Kolumbiya beynəlxalq təşkilatın tamhüquqlu üzvü kimi BRİKS-ə daxil olmaqda maraqlıdır. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyi iki ölkə prezidentləri arasında danışıqların yekunlarına dair məlumat yayıb.

Qeyd olunur ki, Braziliya lideri Luiz İnasio Lula da Silva qonşu ölkənin namizədliyini dəstəkləmək və təbliğ etmək niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl Cənubi Afrikanın Rusiyadakı səfiri Mzuvukile Geoff Maketuka 25 ölkənin BRİKS-ə qoşulmağı gözlədiyini bildirib. Onun sözlərinə görə, Kazanda keçiriləcək sammitdə assosiasiyaya yeni üzvlər qoşulacaq.

Xatırladaq ki, fevral ayında Venesuela prezidenti Nikolas Maduro ölkənin tezliklə BRİKS-ə qoşulacağını bəyan edib.

Məlumat üçün bildirək ki, hazırda doqquz dövlət, yəni Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiya assosiasiyanın üzvüdür.

Havar Şəfiyeva

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla