AZ

U-17 millimiz Belarusa gedir - İnkişaf turnirində iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu ay Belarusda təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Belarusun paytaxtı Minskdə keçiriləcək beynəlxalq turnirdə millimizi Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşmalar gözləyir.

İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv aprelin 23-də Belarus, 25-də Özbəkistan, 28-də isə Tacikistanla üz-üzə gələcək.

U-17 yığmamızın oyunlarının təqvimi belədir:

23 aprel

Belarus – Azərbaycan
“ABFF Technical Center”. Saat 19:00

25 aprel

Azərbaycan – Özbəkistan
“ABFF Technical Center”. Saat 16:00

28 aprel

Azərbaycan – Tacikistan
“ABFF Technical Center”. Saat 13:00

Seçilən
75
37
Mənbələr
Şərh ()
Bağla