AZ

Rusiyada miqrantlara qarşı tədbirlər SƏRTLƏŞDİRİLİR – Yeni qadağa QÜVVƏYƏ MİNİR

Təhsil və Elm Nazirliyi kommersiya təşkilatlarına miqrantlar üçün imtahan keçirməyi qadağan edib.

İnterpress.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti Telegram kanalında məlumat yayıb. Bildirilir ki, 2024-cü il mayın 1-dən kommersiya təşkilatlarına miqrantlar üçün rus dili imtahanı keçirmək qadağan ediləcək.

Hər bir bölgədə gəlmələr üçün belə bir imtahanın keçirilməsinə cavabdeh olan dövlət universiteti seçiləcək.

Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin rəhbəri Valeri Falkov mayın 1-dən kommersiya təşkilatlarına əcnəbilər üçün rus dilini bilmək üzrə imtahanın keçirilməsi işində iştirakını və müvafiq sertifikatların verilməsini qadağan etməyi əmr edib.

Nazir həmçinin tapşırıb ki, Rusiya regionlarında ilk növbədə dövlət universitetləri ilə müqavilələr bağlansın ki, imtahanın keçirilməsinə konkret yerli universitet cavabdeh olsun.

Bundan əlavə, imtahanın keçirilməsi və onun uğurla başa çatması ilə bağlı sənədlərin verilməsi prosedurlarına nəzarət gücləndiriləcək. Aşkar edilmiş pozuntular barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Qanun pozuntusuna yol verən şəxslər işdən çıxarılacaq.

Falkovun göstərişlərinin icrasına nəzarət etmək onun müavini Konstantin Mogilevskiyə həvalə edilib.

DİM-in rəhbəri ali məktəblərin rektorlarına müraciət edərək vurğulayıb ki, rus dili imtahanının keçirilməsi və attestatların verilməsi üçün birbaşa şəxsi məsuliyyət onların üzərinə düşür.

Daha əvvəl Patriarx Kirill Rusiyada yaşayan əcnəbiləri onun mədəniyyətinə və inancına hörmət etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla