AZ

Sürücülər bu küçədə nə nişanı sayır, nə də velosiped zolağını - FOTO

Bakıda dayanma-durma qaydasını pozan növbəti sürücülərin fotolarını oxucularımızdan biri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, görüntü aprelin 18-də, paytaxtın Mirzəağa Əliyev küçəsində qeydə alınıb. Belə ki, 90-VB-778 qeydiyyat nişanlı "BMW" markalı, 99-CH-734 qeydiyyat nişanlı "KIA" markalı və 90-UM-596 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobillərin sürücüləri dayanmanın qadağan edildiyi yerdə parklanma edərək qaydaları pozublar. Eyni zamanda velosiped zolağını tam şəkildə zəbt edərək hərəkəti məhdudlaşdırıblar.

 

Fərid

FOTO QALEREYA
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla