AZ

“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?

Yaxın gələcəkdə müharibə və antiterror əməliyatlarında “qatil robotlar”dan geniş istifadə olunacaq.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, müasir dron texnologiyasının inkişafı verilən tapşırığı yüksək dəqiqliklə yerinə yetirməyə imkan verən “qatil robotlar”ın hazırlanmasına imkan verir.

 

Mütəxəssislər bildirir ki, “qatil robotlar”dan istifadə bir çox baxımdan əlverişlidir. Birincisi, onlar hədəfi uzaq məsafədən məhv etdiyi üçün hədəflə yaxın məsafədən təmasa ehtiyac qalmır. Bu isə risklərdən sığortalanmaq baxımından önəmlidir.

 

Bundan başqa, “qatil robotlar” hədəfi nəhəng izdiham içəriisndə belə axtarıb tapmağa və nöqtə-atəşla zərərsizləşdirməyə imkan verir.

 

“Qatil robotlar”ın insana məxsus hiss və duyğudan məhrum olması, sadəcə hədəf və onun məhvi yönündə proqramlaşdırılması da əməliyyatın uğurla nəticələnməsini şərtləndirən əsas amillərdən biri hesab edilir.

 

Ekspertlərin fikrincə, ordu və xüsusi xidmət orqanlarında “qatil robotlar”dan istifadə xüsusi təyinatlı qüvvələrin üzərinə düşən yükün əhəmiyyətli dərəcədə azalmasına kömək edəcək, müharibə və antiterror tədbirlərində yeni bir dönəmin başlanğıcını qoyacaq.

 

Seymur ƏLİYEV

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla