AZ

MHL-də Şərq konfransının çempionu məlum oldu

Dallasda Milli Hokkey Liqasının müntəzəm çempionatının son oyunu keçirilib. Yerli “Dallas Stars” komandası “Sent Lyuis Blyuz”u məğlub edib – 2:1.

Bu qələbə sayəsində Dallas komandası Qərb konfransının çempionu olub. Komanda müntəzəm çempionatda 113 xal toplayıb. Məğlub olan “Sent Lyuis Blyuz” isə 92 xalla Mərkəzi divizionda 5-ci olub. Bununla da onlar pley-off mərhələsindən kənarda qalıblar.

Xatırladaq ki, müntəzəm çempionata sabah yeun vurulacaq. Bir gün sonra isə “Stenli Kuboku” uğrunda yarışlara start veriləcək.

“Dallas Stars” komandasının ilkin mərhələdə rəqibi son turdan sonra məlum olacaq.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla