AZ

Sumqayıt qatarını daşa basanlar tapıldı

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarın Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər vaqonun qapısının şüşəsini sındırıb. Bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.

Hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideyinlərinin iştirakı ilə polis şöbəsinə gətirilib. Valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla