AZ

Dünyanın ən zəngin milyarderləri sərvətlərini bu yolla qazanıblar

Bu gün ən varlı insanların sərvəti əsasən texnologiya, maliyyə və pərakəndə satışda cəmləşib. Onlarla daha az imtiyazlı təbəqələr arasında artan sərvət fərqi həmişə insanlara maraqlı olub. Odur ki, onların əsl sahibkarlıq qabiliyyətlərini və qlobal iqtisadiyyata təsirini araşdırmağa qərar verdik.

Publika.az oxucuları dünyanın ən görkəmli milyarderlərinin nailiyyətləri və onların kapitalının real dəyəri ilə tanış edib.

1. Bernard Arno və ailəsi

Yaş: 74

Ölkə: Fransa

Xalis sərvəti: 233 milyard dollar

Sərvətinin mənbəyi: “LVMH”

“Forbes”ə görə, planetin ən varlı adamı, lüks mallar istehsal edən və 70-ə yaxın məşhur geyim və kosmetika brendini birləşdirən LVMH (Moët Hennessy — Louis Vuitton) şirkətinin sahibi Bernard Arnodur. 2021-ci ilin yanvar ayında “LVMH” zərgərlik şirkəti “Tiffany & Co” nu rekord qiymətə - 15,8 milyard dollara aldı.

Arno lüks mallar bazarına 1984-cü ildə maliyyə cəhətdən çətin vəziyyətdə olan “Boussac Saint-Frères” tekstil və pərakəndə konqlomeratın strateji alınması yolu ilə daxil olub. Bura nüfuzlu moda evi “Christian Dior” da daxil idi. Maraqlıdır ki, ötən ilin yanvarında Bernard qızı Delfini “Dior”un rəhbəri təyin edib.

2. İlon Musk

Yaş: 52

Ölkə: ABŞ

Xalis sərvət: 195 milyard dollar

Sərvətinin mənbəyi: “SpaceX”, “Tesla”, “OpenAl” və “Twitter” (X)

“SpaceX”in qurucusu və sədri, “Tesla”, “Inc”-in baş direktoru və tərtibatçısı, “OpenAl”ın həmtəsisçisi və “Twitter”in (X) sahibi - deyəsən, Mask sahibkarlıq fəaliyyətini yalınız bir istiqamətdə davam etdirməyi düşünmür. Üstəlik, Cənubi Afrikalı zəngin bir ailənin üzvü birbaşa ailə biznesindən başlayıb. Pensilvaniya Universitetində iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi aldıqdan sonra Stenford Universitetinə daxil olsa da, qardaşı Kimbal ilə onlayn şəhər bələdçisi tapmaq fürsətini əldən vermək istəmədiyi üçün orada üç gün belə oxumadı.

Mask 2021-ci ilin sentyabrında, “Tesla”nın bazarda dəyəri əhəmiyyətli dərəcədə artdıqdan sonra dünyanın 10 ən zəngin adamı siyahısına daxil oldu. 2021-ci ilin noyabrında zirvədə olan investorun sərvəti 320 milyard dollara çatdı.

3. Ceff Bezos

Yaş: 60

Ölkə: ABŞ

Xalis sərvət: 194 milyard dollar

Sərvətinin mənbəyi: “Amazon”

2021-ci ilin iyul ayında Ceff Bezos ən böyük elektron ticarət şirkəti “Amazon”un baş direktoru vəzifəsindən istefa verdi və idarə heyətinin sədri vəzifəsini saxladı. Elə həmin ay o, qurduğu və milyardlarla dollarla maliyyələşdirdiyi “Blue Origin” özəl kosmik tədqiqat şirkətinin hazırladığı raket ilə kosmosa uçdu.

1986-cı ildə Bezos Prinston Universitetini elektrik mühəndisliyi və kompüter elmləri üzrə bakalavr dərəcəsi ilə bitirib. 1994-cü ilin ortalarında “Amazon”u qurana qədər, o, səkkiz il “Wall Street”də işləyib, oxşar vəzifələrdə çalışıb. Şirkət əvvəlcə onlayn kitab mağazası kimi yaradılsa da, bu günədək məhsul çeşidlərini və xidmətlərini genişləndirməyə davam edir.

4. Mark Zukerberq

Yaş: 39

Ölkə: ABŞ

Xalis sərvət: 177 milyard dollar

Sərtvətinin mənbəyi: “Facebook”

19 yaşlı “Meta Platforms”un həmtəsisçisi və baş direktoru kimi Mark hələ 2004-cü ildə özünün qabaqcıl media platforması olan “Facebook”u istifadəyə verib. Təbii ki, onun biznesə sürətlə uyğunlaşmasının səbəbi Harvard Universitetində kompüter elmləri və psixologiyanı dərindən öyrənməsi, eyni zamanda orta məktəbdə proqram yaza bilmək bacarıqları idi. Orta məktəbdə gələcək sahibkar evdəki kompüterlə atasının stomatoloji kabinetindəki kompüteri arasında əlaqə yaratmağa imkan verən bir proqram yaratdı.

Zukerberq və həyat yoldaşı kapitallarının əhəmiyyətli bir hissəsini elm və texnologiyanın inkişafına, daşınmaz əmkarlara, tibbi fondlara və ianələrə xərcləyir. Cütlük Yer üzündəki bütün xəstəliklərə son qoymaq və ya ən azı 2100-cü ilə qədər onları idarə etməyi öyrənmək arzusundadırlar.

5. Larri Ellison

Yaş: 79

Ölkə: ABŞ

Xalis sərvət: 141 milyard dollar

Sərvətinin mənbəyi: “Oracle”

Ellison 1997-ci ildə “Oracle” proqram təminatı şirkətinin həmtəsisçisi olub və 2014-cü ilə qədər baş direktor vəzifəsində çalışıb. Hazırda şirkətin sədri və baş texnologiya direktorudur. 2012-ci ildə Larri Havay adasındakı Lanai adasını 300 milyon dollara almaqla gündəmə gəldi. Maraqlıdır ki, bu milyarder həm də “Tesla” ilə sıx bağlıdır: o, hazırda şirkətdə əhəmiyyətli hissələrə malikdir, hətta 2018-ci ildən 2022-ci ilə qədər direktorlar şurasında işləyib.

Ellisonun biznesə başlamazdan əvvəl, Çikaqodakı liseydə oxuyub, daha sonra İllinoys Universitetində “İlin Elm” Tələbəsi adına layiq görülüb. Larrinin tərcümeyi-halına həmçinin fizika, riyaziyyat və kompüter dizaynı üzrə təhsil almaq üçün daxil olduğu Çikaqo Universiteti də daxildir, lakin o, proqramlaşdırma karyerasına yalnız Berkliyə köçdükdən sonra başlayıb.

6. Uorren Baffett

Seçilən
193
17
Mənbələr
Şərh ()
Bağla