AZ

Azərbaycan millisinin üzvü Macarıstanda çempion oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

Futbolpress.az xəbər verir ki, təcrübəli blokçunun komandası “Vasas” finaldakı rəqibi “KNRC” klubunu hər üç oyunda məğlub edib və qızıl medallara sahib çıxıb. Ayşən komandasına çempionluq gətirən son oyunda 12 xal (7 blok, 3 hücum, 2 ace) qazanıb.

Qeyd edək ki, Ayşən bu il həm də Macarıstan kubokunun qalibi olub.
Seçilən
84
8
Mənbələr
Şərh ()
Bağla