AZ

Cəlilabadda yük maşını aşıb

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. "İsuzu" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinə ziyan dəyib, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
74
6
Mənbələr
Şərh ()
Bağla