AZ

"Qarabağ"dan danışdı: "Bu, məni təəccübləndirdi"

"Onlar topu saxlamaqla pressinqdən çıxmağa çalışırlar, nəinki uzun toplarla və ya cərimə zərbələrinə arxayın olmaqla".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın qapıçısı Andrey Lunyova məxsusdur.

Rusiyalı kiper deyib ki, Azərbaycanda rəqibləri cəhd etsələr də, topu "Qarabağ"dan ala bilmirlər:

"Burada yüksək pressinq göstərməyə can atırlar. Çox az komanda ortada və ya üçüncü zonada müdafiəyə oturur.

Bu, məni təəccübləndirdi. Deməzdim ki, hər hansı komanda ilə oynamaq bizim üçün çox asandır.

Baxmayaraq ki, bəzən 5:0 və 7:0 hesabı qeydə alınır. Matçlar maraqlı məqamlarla doludur.

Sadəcə olaraq, buna oyunçuların ustalıq səviyyəsi və taktiki gedişlər təsir təsir edir”.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla