AZ

İqtisadi Zonaların İnkişafı Agentliyində Tatarıstan nümayəndə heyəti ilə görüş keçirilib

Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) görüş keçirilib.

İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə Agentliyin idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları barədə məlumat verib, Tatarıstanlı iş adamları sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət ediliblər.

Görüş çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis arasında sənaye zonalarında investisiya layihələri, birgə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb .

 

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla