AZ

DVX-də vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Məlum olduğu kimi, ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Dövlət İmtahan Mərkəzi ilə birlikdə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirib. Test imtahanında ümumilikdə 2.392 nəfər iştirak edib, onlardan 616 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Müsabiqənin digər ixtisas sahələri üzrə ikinci mərhələsində iştirak edən bir qrup namizədlə bağlı nəticələr artıq açıqlanıb. Bu mərhələdə iştirak etmiş 86 namizəddən 73-ü müsabiqəni uğurla başa vurub. Uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil edilərək mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar.

Müsabiqənin nəticələri barədə ətraflı məlumatla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/post/3220

Qeyd: Müsahibələr mərhələli şəkildə keçirilir və başa çatdıqdan sonra nəticələri elan ediləcək.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla