AZ

Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldı

Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşlaraməxsus pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işibaşlanıb.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumatyayıb.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı MübarizəBaş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisarvə İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və vətəndaşlardandaxil olmuş məlumatlar üzrə aparılmış araşdırma əsasında “RecentGroup” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərininrəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiqmaddələri ilə cinayət işi başlanıb.

İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları SevincAslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya vəbaşqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növməşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlifməbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadəedərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.

Hazırda qeyd olunan bütün faktlar üzrə zərərçəkmiş şəxslərindairəsi və vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsiistiqamətində istintaq tədbirləri davam etdirilir.

Seçilən
18
40
Mənbələr
Şərh ()
Bağla