AZ

Onkoloji xəstəliklərin 25 faizdən çox səbəbi qida faktorudur - Əhliman Əmiraslanov

Bakı. Trend:

Sağlam qida olmadan insan sağlamlığı haqqında danışmaqçətindir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyəkomitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Qidatəhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasındarolu” mövzusunda ictimai dinləmədə deyib.

Ə.Əmiraslanov bildirib ki, insan bədəninə daxil olaninfeksiyaların, parazitlərin, virusların böyük əksəriyyəti qidavasitələri ilə daxil olur.

“Xüsusilə yolxucu xəstəliklərin əksəriyyəti zərərli qidaməhsullarından keçir. Hətta pandemiyaların, epidemiyaların, həttaürək-damar xəstəlikləri, onkoloji xəstəliklərin yaranmasında qidafaktoru mühüm rol oynayır. Onkoloji xəstəliklərin 25 faizdən çoxsəbəbi qida faktorudur”, - deyə o əlavə edib.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla