AZ

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Çerniqova

Kiyev, 18 aprel, AZƏRTAC

Aprelin 17-də Rusiyanın raket hücumundan sonra xilasedicilər Çerniqov şəhərində axtarış əməliyyatını başa çatdırıblar. Hücum nəticəsində 18 nəfərin həlak olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çerniqov Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.

Onun məlumatına görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 78 nəfər yaralanıb. Zərər çəkmiş 37 şəxs xəstəxanada müalicə olunur.

Faciə ilə əlaqədar aprelin 18-i Çerniqov vilayətində matəm günü elan edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla