AZ

Parlament sarayına giriş məhdudlaşacaq

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib. Parlament sarayına giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı parlamentin bəyanatında bildirilib.

Xatırladaq ki, aprelin 15-dən Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirə olunur. Aprelin 15, 16 və 17-də qanunverici orqanda analoji təhlükəsizlik rejimi qüvvədə olub.

Hökumət administrasiyasının binası qarşısında “Vətəndaşlar”ın lideri Aleko Elisaşvili ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. Aleko Elisaşvili bir neçə dəfə polis kordonunu yarmağa cəhd etsə də, hüquq-mühafizə orqanları buna imkan verməyib.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla