AZ

Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub

İsveç Parlamenti yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi ilə bağlı qanun qəbul edib (Gender Kimliyi Aktı).

Layihənin lehinə 234, əleyhinə 94 deputat səs verib.

Yeni qanun özünü yanlış cinsə mənsub hiss edən və ya gender disforiyası olan insanların cinsini dəyişməsini asanlaşdırır. Bu, vergi reyestrində şəxsi nömrənin dəyişdirilməsi deməkdir, lakin cərrahiyyə və ya fiziki cinsiyyət dəyişikliyini nəzərdə tutmur.

Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
Hazırda İsveçdə cinsini dəyişmək istəyən şəxs yetkin (ən azı 18 yaş) olmalı, ciddi tibbi müayinədən keçməli və Sosial İdarənin hüquq şurasından icazə almalıdır. Yeni yaş həddi 16-ya endirilib.

Yetkinlik yaşına çatmayanlar üçün qəyyumun icazəsi də tələb olunur.

Mənbə: Strana.ua
Seçilən
17
Mənbələr
Şərh ()
Bağla