AZ

Romadan Turinə üz tutacaq

Felipe Anderson yayda “Latsio”dan ayrılacaq. Braziliyalı hücumçunun karyerasını İtaliyada davam etdirmək şansı yüksəkdi.

Bunu iddia edən Fabritsio Romano onun “Yuventus”a keçidə yaxın olduğunu bildirib. Tanınmış insayder 30 yaşlı futboçunun Roma klubu ilə müqaviləsini yeniləməmək qərarına gəldiyini deyib. Romano Felipe Andersonun Turin klubu ilə 4 illik müddətə anlaşdığını və onun ilə 4 milyon avro məvacib alacağını da bildirib.

Yeri gəlmişkən, Adrien Rabyo mövsümün sonunda “Yuventus”u tərk edəcək. “Calciomercato”nun yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçi klubu ilə yeni müqavilə üzrə danışıqlarda razılığa gələ bilməyib. Rabyonun “Bolonya”, “Nyukasl” və “Mançester Yunayted”in maraq dairəsində olduğu xəbər verilib. 29 yaşlı futbolçu “Yuventus”da 2019-cu ildən çıxış edir. O, indiyədək ağ-qara formada bütün turnirlərdə 204 matçda iştirak edib, 21 qol vurub, 15 məhsuldar ötürmə verib.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla