AZ

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

Əbu-Dabi, 18 aprel, AZƏRTAC

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının “COP28-in yekunları: infrastruktur, strategiya və bərpa olunan enerjidən istifadəni üç dəfə artırmaq və enerji keçidini sürətləndirmək bacarıqları” mövzusunda keçirilən 14-cü sessiyasının ikinci iş günündə panel iclasları, diskussiyalar, ikitərəfli görüşlər keçiriləcək.

AZƏRTAC-ın BƏƏ paytaxtına ezam olunmuş müxbiri xəbər verir ki, aşağıdakı mövzularda panel iclasları keçiriləcək: “İqtisadi cəhətdən mümkün bərpa olunan enerji layihələrinin inkişafının sürətləndirilməsi – qlobal keçidi dəstəkləmək üçün IRENA platformalarından istifadə”, “Afrikada bərpa olunan enerjinin tətbiqinin sürətləndirilməsi”, “Enerji keçidinin sürətləndirilməsi üçün strategiyalar və bacarıqlar”.

Tədbirin yekun günündə IRENA Assambleyasının 15-ci sessiyasının gündəliyi də müzakirə olunacaq.

IRENA Assambleyasının hazırkı sessiyasında 144 ölkədən 1300-dən çox nümayəndə, o cümlədən nazirlər və şirkətlərin baş direktorları iştirak edirlər. Azərbaycan nümayəndə heyətinə energetika naziri Pərviz Şahbazov başçılıq edir.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla