AZ

"Azərbaycanla yaxınlıq erməniləri ruhlandırmalıdır" - Paşinyan

"Azərbaycanla yaxınlıq erməniləri ruhlandırmalıdır".

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxla sərhəddə yerləşən Tavuş vilayətinin sakinləri ilə dünənki görüşündə deyib.

"Məqsədimiz, ideyamız ondan ibarətdir ki, “Azərbaycan 50 metr uzaqdadır” kəlməsini həyəcanla deməyin. Deyin ki, yaxşı ki, Azərbaycan 50 metr aralıdadır. Orada (Azərbaycanla sərhəd kəndlər nəzərdə tutulur) ticarətlə məşğul olacağıq, təsərrüfat yaradacağıq. Ola bilsin ki, həmin yollardan avtomobillər keçsin və Ermənistan Respublikasına ödənişlər ediləcək keçid məntəqəsi də tikilsin”, deyə o, qeyd edib.

Xatırladaq ki, ermənilər indiyədək Qazaxın 7, Naxçıvanın 1 kəndini işğalda saxlayır. Hazırda Azərbaycan ilkin mərhələdə anklav olmayan 4 kəndin geri qayratılmasını tələb edir.

Bizim.Media
 

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla