AZ

"Bu gün ölkənin əsas idxal bazarı Rusiyadır" - Nazir Məcnun Məmmədov

“Biz ərzaq buğdası ilə bağlı hələ də idxaldan asılıyıq”.

Azpost.info bildirir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov REAL TV-yə müsahibəsində bildirib.

Ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri qeyd edən nazir bildirib ki, dənli bitkilər xaric ölkədə digər məhsullarda özünü təminat xeyli yüksəkdir: “Meyvə-tərəvzdə 100 faizin üstündədir. Buğdada özünü təminatımız 60 faiz civarındadır. Ərzaq buğdasında isə bu 25-30 faizdir. Ət və süd məhsullarında ölkəmizin özünü təminatı 70-80 faizə yaxındır”.

Ölkəyə kənardan ixrac barədə danışan M.Məmmədov deyib ki, burada əsas məqam odur ki, biz məhsulu istehsal etməyimizlə onu idxal etməyimiz arasında daha optimal nöqtəni tapa bilək.

Nazirin sözlərinə görə, Azərbaycanın dünyada və regionada əsas rəqabət üstünlüyü meyvə və tərəvəzdədir.Bu da özünü ixracda gözəl bürurzə verir: “Bu gün ölkənin əsas idxal bazarı Rusiyadır. Lakin son bir neçə ildə Yaxın Şərqə, qismən Şərqi Avropaya, Orta Asiyaya müəyyən diversifikasiya hiss olunur”. 

M.Məmmədov bildirib ki, hazırda əsas məsələ beynəlxalq sertifikatların bizim fermerlər üçün əlçatan etməkdir. Bu onlar üçün alternativ bazarlarda imkanlar yaradacaq.

Azpost.info

 

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla