AZ

Ronaldo məhkəmədə qalib gəldi

“Yuventus” Kriştianu Ronaldoya 10 milyon avro ödəyəcək. Portuqaliyalı ulduz əlavə faizlərə də sahib çıxacaq.

Futbolinfo.az xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanında “Əl Nəsr”in formasını geyən hücumçu turinlilərə qarşı məhkəmə davasının qalibi olub. Onun əməkhaqqının ödənilməməsi səbəbindən şikayəti haqlı sayılıb.

Xatırladaq ki, proses çoxdan davam edirdi. İtaliya klubu Ronaldoya ödəməli olduğu vəsaitin bir hissəsini vermək istəmirdi. Məhkəmə isə onun haqlı olduğuna qərar verib.

Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib.

Seçilən
111
37
Mənbələr
Şərh ()
Bağla