AZ

Dövlət Departamentindən Gürcüstana 8-ci ÇAĞIRIŞ

“Gürcüstan hökumətini xəbərdarlıqlara əməl etməyə çağırırıq”.

 

Modern.az xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna yeni cəhdlə bağlı aprelin əvvəlindən bəri 8-ci bəyanatında yer alıb.

 

"Biz Gürcüstan hökumətini bu qanun layihəsinin Aİ norma və dəyərlərinə uyğun olmadığına dair xəbərdarlıqlara diqqət yetirməyə çağırırıq. Bu, təbii ki, Gürcüstanın Avropa İttifaqına daxil olması istiqamətində irəliləyişinə mənfi təsir göstərəcək", - deyə qeyd olunub.

 

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel qanunun vətəndaş cəmiyyəti təşkilatlarını və medianı ləkələyə biləcəyini təkrarlayıb. Gürcüstanın hakim partiyası isə bunun arqument olmadığını bildirir.

Seçilən
103
1
Mənbələr
Şərh ()
Bağla