AZ

Miqrantlar üçün rus dilindən imtahan qaydaları SƏRTLƏŞDİRİLİR

Rusiyada miqrasiya siyasəti sərtləşdiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov açıqlama verib.

Onun sözlərinə görə, əməkçi miqrantlar üçün rus dili imtahanına şifahi nitq testi daxil ediləcək. Eləcə də artıq kommersiya təşkilatları 1 may 2024-cü il tarixindən etibarən əcnəbilərə imtahan keçirə və rus dilini bildikləri ilə bağlı sertifikat verə bilməyəcək.

Nazirlik rəsmisi vurğulayıb ki, imtahanın keçirilməsi və sertifikatların verilməsi prosedurlarına nəzarət gücləndiriləcək. Rusiyanın hər bir regionunda əcnəbilər üçün rus dilindən imtahan verən dövlət universiteti olmalıdır.

Yaşayış icazəsi və ya vətəndaşlıq almaq üçün tələb olunan minimum imtahan balına yenidən baxılması mümkündür.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla