AZ

Legioneri "Qəbələ"ni tərk edəcək - ölkəsinə qayıtmaq istəyir

İsrailli futbolçu Osama Xalayla mövsümün sonunda "Qəbələ"dən ayrılacaq.

"FutbolPress"in əldə etdiyi məlumata görə, 26 yaşlı hücumçu ölkəsinə qayıtmaq niyyətindədir. Xalayla Azərbaycan Premyer Liqasında uyğunlaşmaqda çətinlik çəkib və bu səbəbdən klubdan ayrılmaq istəyir.

"Qəbələ"də baş məşqçi Kaxaber Sxadadze də oyunçunun performansından məmnun deyil. Gürcüstanlı mütəxəssis komandada qalacağı halda, Xalaylanın gedişinə mane olmayacaq.

Osama bu mövsüm "Qəbələ" formasıyla 33 oyunda 7 qol vurub.

Şahin Cəfərov
Seçilən
107
Mənbələr
Şərh ()
Bağla