AZ

Konfrans Liqası: "Fənərbağça" üçün növbəti sınaq

Bu gün Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasının 1/4 final mərhələsində cavab oyununu keçirəcək.

BAKU.WS xəbər verir ki, "Fənərbağça"a öz meydanında - "Şükrü Saracoğlu"da "Olimpiakos"u qəbul edəcək.

Qarşılaşmanı almaniyalı Tobias Ştiler idarə edəcək. Matç 23:00-da baş tutacaq.

xatırladaq ki, Türkiyə təmsilçisi bir həftə əvvəl Pirey şəhərində "Olimpiakos"un qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 2:3.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla