AZ

Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırıldı

Qırğızıstanda “TikTok”a giriş məhdudlaşdırılıb.

Bakupost.az xəbər verir ki, bu gündən etibarən Qırğızıstanda istifadəçilər Google, Opera və Safari kimi brauzerlər vasitəsilə sosial media platforması TikTok tətbiqinə daxil ola bilmirlər.

Mobil telefonlarda Apple və Google Play Store proqramlarından quraşdırılan TikTok versiyası isə işləməyə davam edir.

Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi uşaqları onların əxlaqi tərbiyəsinə mənfi təsir göstərə biləcək məlumatlardan qorumaq üçün 2023-cü ilin avqustunda ölkədə “TikTok”un qadağan edilməsi barədə qərar qəbul edib.

Nazirlik qərarın icrası üçün həmin gün Rəqəmsal İnkişaf Nazirliyinə müraciət edib.

Dünən Rəqəmsal İnkişaf Nazirliyi internet provayderlərinə “TikTok”a girişi məhdudlaşdırmaq üçün məktub göndərib.


Elnur
BakuPost

Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla