AZ

Si Cinpin Şoltsun sözünü yerə saldı: Bu təklifi qəbul etmədi

Almaniya kansleri Olaf Şolts və Çin lideri Si Cinpin arasında aparılan danışıqlar uğurlu alınmayıb.

Publika.az xəbər verir ki, bu barədə ARD media qrupuna daxil olan “Tagesschau” portalı məlumat yayıb.

Qeyd olunur ki, siyasətçi Pekini İsveçrədəki konfransda iştirak etməyə razı sala bilməyib. Materialın müəllifinin yazdığı kimi, danışıqlardan sonra Şolts Çin lideri ilə söhbətin “təməl daşının” qoyulduğuna və gələcək müzakirələri asanlaşdıracağına əmin olduğunu bildirib.

Bundan əvvəl Şolts Pekinə səfəri zamanı Çin prezidenti Si Cinpindən Rusiya prezidenti Vladimir Putinə təsir göstərməsini xahiş etmişdi.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla