AZ

Zəif qidalanma xərçəng riskini artırır - TƏDQİQAT

Sinqapur Milli Universitetinin bir qrup alimi araşdırmaya əsaslanaraq, xərçəngə tutulma riski ilə qeyri-kafi qidalanma, həmçinin diabet kimi geniş yayılmış xəstəliklər arasında əlaqəni müəyyən edib.

Aztibb.az xəbər verir ki, “Cell” jurnalının məlumatına görə, tədqiqatçılar BRCA2 geninin qüsurlu nüsxəsinə sahib olduqları üçün döş və ya yumurtalıq xərçənginin inkişaf riski yüksək olan xəstələri tədqiq ediblər. Belə xərçəng xəstələrinin hüceyrələri qlükozanın parçalanması zamanı əmələ gələn metilglioksalın təsirinə xüsusilə həssasdır. Sübut olunub ki, bu maddə DNT-də qüsurlar yaradır, xərçəngin inkişafına səbəb olur.

Qeyd edilir ki, BRCA2-nin qüsurlu nüsxəsini miras almayan insanlar metilglioksalın normadan daha yüksək səviyyədə olduğunu hiss edə bilərlər. Bu, məsələn, piylənmə və ya pis qidalanma ilə əlaqəli diabetes mellitus və ya prediabet vəziyyətində baş verir. Tədqiqatçılar xərçəngin inkişaf riskinin daha yüksək olduğunu göstərən biomarkerləri müəyyən ediblər.

Aydındır ki, metilqlioksal xərçəngin qarşısını alan qoruyucu genləri müvəqqəti olaraq təsirsiz hala gətirə bilər və təkrarlanan pis qidalanma və ya nəzarətsiz (gizli) diabet epizodları zamanla xəstəliyin inkişaf riskini artıra bilər.

Elmi nəticə ondan ibarətdir ki, metilqlioksalın yüksək səviyyəsi adətən dərmanlar və balanslaşdırılmış pəhriz ilə idarə oluna bilər ki, bu da xərçəngin inkişafına qarşı profilaktik tədbirlər üçün yaxşı imkanlar yaradır.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla