AZ

Türkiyə ciddi addımlar atdı, indi Afina...

Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyənin pilotsuz uçuş aparatlarının (PUA) istehsalında ciddi addımlar atdığını, lakin bu boşluğu doldura bilmədiklərini etiraf edib. Dendias Yunanıstanın İsraildəki Dəmir Qübbəyə bənzər bir sistem qurmağı planlaşdırdığını da açıqlayıb.

Publika.azxəbər verir ki, Dendias bu barədə “Skai” telekanalına müsahibəsində danışıb.

“Ukrayna və Qəzzada davam edən müharibələri müşahidə edərək, ölkəmizin hava müdafiəsinə ehtiyacı olduğuna qərar verdik. Bu, sabah baş verməyəcək, amma olacaq. 2030-cu ilin gündəmində bu məqsədlə ayrılacaq xərc proqnozu var. Dəniz parkı Ankara ilə Afina arasında yenidən gərginliyə səbəb olub. Dəniz parkı planının təbiəti qorumaq üçün bir təşəbbüsdür. Türkiyə ilə dialoqun davam etməsi vacibdir. Gərginlik dövrünə qayıtdığımızı düşünmürəm”.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla