AZ

"Yem məhsullarının təhlükəsizliyi təmin edilməlidir" - Agentlik sədri

"Heyvan və insan sağlamlığının qarşılıqlı əlaqəsini nəzərə alaraq yem məhsullarının da təhlükəsizliyinin təmin edilməlidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

AQTA sədri bildirib ki, bir çox baytarlıq preparatları yem və yem əlavələrinin tərkibinə əlavə edilməklə heyvanlara tətbiq edilir: “Baytarlıq preparatları heyvan sağlamlığına bir başa mənfi təsirlə yanaşı heyvan mənşəli qida məhsullarında qalıq şəklində toplanmaqla insan sağlamlığına da dolayı yolla risk təşkil edir”.

Q.Təhməzli hansı hallarda baytarlıq preparatlarının heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyini də açıqlayıb: “Baytarlıq preparatlarından, bioloji preparatlardan və yem əlavələrindən düzgün qaydada istifadə edilmədikdə, lazımından artıq, heyvan xəstəliklərin müalicəsi üçün yox onun qarşısının alınması, eləcə də heyvanların böyüməsinin təşviqi, qeydiyyata alınmamış, yəni effektivliyi və təhlükəsizliyi təsdiq edilməmiş preparatlardan istifadə edildikdə bu riskli olur”.

Onun sözlərinə görə, antimikrob rezistentlik heyvan və insan sağlamlığına ciddi təhdid olmaqla yanaşı qlobal səhiyyə problemidir: “Heyvandarlıqda antibiotiklərin düzgün qaydada istifadə edilməməsi heyvanlarda rezistent bakteriyaların yaranmasına səbəb olur. Birbaşa təmas, çirklənmiş qida məhsullarının istehlakı və ya ətraf mühit vasitəsilə bu bakteriyalar insanlara keçə bilir. Nəticədə insan və heyvanlarda yoluxucu xəstəliklər zamanı müalicənin səmərəliliyi azalır, xəstələnmə və ölüm hallarının sayı, həmçinin iqtisadi yük artır”.

Anar Kəlbiyev

Seçilən
160
35
Mənbələr
Şərh ()
Bağla