AZ

Paşinyan: “Ermənistanın müstəqil dövlət olması üçün özümü qurban verməyə hazıram”

Paşinyan:

“Cəbhə xətti olmamalıdır, sərhəd olmalıdır və bu sərhəddə keçid məntəqəsi olacaq: ünsiyyət qurmaq istəyirsənsə, əlaqə saxla, ünsiyyət qurmaq istəmirsənsə, əlaqə saxlama”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan baş nazir Nikol Paşinyan Tavuş vilayətinin Berkaber kəndinin sakinləri ilə görüşündə deyib.

“Bütün bunlar nə ilə bağlıdır? Mənim haqqımda, uşaqlarım, həyat yoldaşım, valideynlərim və hətta babam haqqında hər şey danışırlar. Sizcə, mənim ləyaqətim yoxdur, yoxsa cavab verə bilmirəm?”,-Paşinyan bildirib.

Baş nazir əlavə edib : “Yox, başa düşürəm ki, elə an gəlir, sən Vətən naminə, öz ölkən naminə özünü qurban verməlisən. Hörmətini, adını, övladlarının ruhi vəziyyətinə, ailənin dincliyinə, valideynlərinin yaxşı xatirəsinə, babanın gözəl xatirəsinə qurban olum, amma bunu niyə etdiyini bilməlisən. Mən bunu niyə edirəm? Ona görə edirəm ki, Ermənistan Respublikası müstəqil dövlət olsun”.

Qeyd edək ki, Paşinyan bununla ikinci dəfədir Tavuş vilayətinə səfər edir. Əvvəllki səfəri isə rahat keçməyib.

ELÇİN
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla