AZ

"Biz Qərbi Azərbaycanın əsl sakinləri olmuşuq" - ƏFQAN VƏLİYEV

"Bu gün təqdimatı keçirilən kitablar "Tarixi Azərbaycan torpaqlarında maddi-mənəvi irsimiz", "Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz" adlı kitablardır ki, bu iki kitabda Qərbi Azərbaycan maddi-mədəni irsini əks etdirən 388 mühüm tarixi əhəmiyyətli abidə tədqiq olunub. Bu əsər nəşr olunaraq beynəlxalq auditoriya üçün nəzərdə tutulub. Yaxın vaxtlarda dünya ictimaiyyətinə də çatdırılacaq. SİA xəbər verir ki, bu sözləri sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyev deyib.

Onun sözlərinə görə, bu tədqiq olunan əsər bu günə qədər tarixi məlumatları özündə əks etdirən bütün məlumatları əhatə edən əsərdir: "Əsər demək olar ki, Qərbi Azərbaycan maddi-mədəni irsi ilə əlaqəli bütün dövrlərdəki məlumatları özündə birləşdirir. Əsər Gürcüstan, İran, Rusiya, Avropa, Türkiyə və ölkələrdən toplanan mühüm tarixi sənədlər əsasında yazılıb. Mötəbər mənbələrdən istinad olunub. Məqsədimiz dünya ictimaiyyətinə çatdırmaqdır ki, Qərbi Azərbaycanda azərbaycanlılar eramızdan əvvəl II yüzillikdən etibarən yaşamağa başlayıblar. Yaşadıqları dövrdə 10 minlərlə maddi-mədəni irsi nümunələri ərsəyə gətiriblər və ərazinin də əsl sakinləri olublar. YUNESKO bu gün Qərbi Azərbaycanda sadəcə Göy məscidi, Əmir Səid türbəsini sənədləşdirib. Biz onlara cavab olaraq bu maddi-mədəni irs nümunələrini hazırlayıb dünya ictimaiyyətinə təqdim etməyə çalışırıq ki, Qərbi Azərbaycan tarixi Azərbaycan torpağı olub".

Müəllif: Söylü Ağazadə
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla