AZ

Azərbaycanda buğda ununun zənginləşdirilməsinə başlanılır

Bakı. Trend:

Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğdaununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyininsədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahidsağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədədeyib.

O qeyd edib ki, yaxın günlərdə həmin zənginləşdirmə proseduruhəyata keçiriləcək.

“Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unundəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək.

Beləliklə ticarət şəbəkələrində satılan adi unla yanaşı, eynizamanda, dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”, -deyə o əlavə edib.

Seçilən
40
17
Mənbələr
Şərh ()
Bağla