AZ

Orta Dəhliz qarşılıqlı əlaqələr çərçivəsində çox mühüm layihədir - Kayrat Sarıbay

Bakı. Trend:

Orta Dəhliz qarşılıqlı əlaqələr çərçivəsində çox mühümlayihədir.

Trend xəbərverir ki, bu barədə Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirənin (AQFETM) baş katibi Kayrat Sarıbaybrifinqdə deyib.

"Qarşılıqlı əlaqələr konsepsiyası çox mühüm əhəmiyyət kəsb edir.Qarşılıqlı əlaqələr pandemiya dövründə, eləcə də, münaqişələrləəlaqədar olaraq ciddi sınaqlara məruz qalıb.

Bu baxımdan, Orta Dəhliz olduqca mühüm layihədir. Layihəniniştirakçıları strateji yanaşmaya malikdir. Məhz rəqabət qabiliyyətivə diversifikasiya qarşılıqlı əlaqələrin mühüm aspektləridir", - odeyib.

Onun sözlərinə görə, Azərbaycan qarşılıqlı əlaqələr mövzusunaxüsusi diqqət yetirir və bu istiqaməti inkişaf etdirməyə davamedəcək.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlədəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi vəQara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri iləbirləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əksistiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya ortahesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyatdəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla