AZ

"Kapital Bank"ın kredit portfeli 36% böyüyüb

Cari ilin ilk rübündə "Kapital Bank"ın kredit portfelində yenə artım  müşahidə olunub.

FED.azbu barədə bankın hesabatına istinadən xəbər verir.

Belə ki, bu dövrdə bankın kredit portfeli 4 milyard 397 milyon 93 min manat təşkil edib.

Bundan  da 2 milyard  421 milyon 511 min manatı istehlak kreditlərinin, 1 milyard 391 milyon 636 min manatı biznes kreditlərinin, 583 milyon 907 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.

2023-ci ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 1 milyard 72 milyon 86 min manat (36%), istehlak kredit portfeli 588 milyon 331 min manat (32%), biznes kreditlərinin həcmi 443 milyon 714 min manat, ipoteka kreditlərinin həcmi 140 milyon 42 min manat (32%) artıb.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla