AZ

Qərb Ermənistandakı korrupsiya qalmaqallarına göz yumur

Bakı. Trend:

Bu gün Qərb dünyasının sahib olduğuna iddia etdiyi dəyər vəprinsiplərdən fərqli olaraq, dünyanın müxtəlif nöqtələrində başverən siyasi, ictimai hadisələrə sırf maraqlar və ikili standartlarçərçivəsindən yanaşması getdikcə açıq xarakter alır.

Uzun illər ərzində Cənubi Qafqaz regionunda da ölkələrəgöstərilən qeyri-bərabər yanaşma artıq ayırıcı xətlərə çevrilməriski daşımaqdadır. Lakin burada qeyd etmək istədiyimiz mövzubaşqadır. Hazırda Qərb siyasətçiləri, o cümlədən, siyasi mərkəzləripro-qərb siyasi kurs nümayiş etdirən ölkələrdə baş verən korrupsiyaqalmaqallarına göz yumur və ya bu barədə danışmaqdan imtinaedir.

Hazırda bu tip korrupsiya hallarının davamlı olaraq inkişafetdiyi ölkələrdən biri də Ermənistan Respublikasıdır. Liberaldünyanın əsas “fact checking” habı olaraq qəbul edilən jurnalistaraşdırmaları “demokratik” Ermənistanda hakim partiyanın maliyyəmaxinasiyalarını üzə çıxarıb.

Qeyd edək ki, əldə edilən məlumatlar aprel ayında BrüsseldəErmənistanın dayanıqlılığına dəstək məqsədilə keçirilməsiplanlaşdırılan Aİ-ABŞ-Ermənistan Yüksək Səviyyəli Birgə Görüşündənəvvəl yayımlansa da, ortaya çıxarılan faktlara hər hansı reaksiyavə ya etiraz müşahidə edilmir.

Son illərdə ənənəvi xarici siyasət və təhlükəsizlikarxitekturasında diversifikasiya etməyə cəhd göstərən ErmənistanınAvropa İttifaqı və ABŞ arasında siyasi, diplomatik, o cümlədən,təhlükəsizlik sahələrində əlaqələri getdikcə dərinləşməkdədir.

Məhz bu tendensiya Qərb dövlətlərinin Ermənistanın atdığı bəziaddımlarına göz yumması, bu barədə danışmaq istəməməsi ilənəticələnməkdədir.

Cari ilin aprel ayının 5-də Brüsseldə Ermənistan Respublikasınınbaş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti UrsulaFon der Lyayen və ABŞ Dövlət katibi Entoni Blinken arasında baştutan üçtərəfli görüşün mətbuata açıqlanan kommunike sənədindəmüzakirə edilən mövzularla bərabər, rəsmi İrəvanın korrupsiyasahəsində əldə etdiyi uğurlar sadalanır. Sitat:

“Avropa İttifaqı və Birləşmiş Ştatlar Ermənistanın2018-ci ildən bəri demokratik və ədalətli islahatlar vəkorrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi əsaslıirəliləyişləri etiraf edir və Ermənistanın demokratiya və qanununaliliyini daha da möhkəmləndirdiyinə görə ümumi dəyər vəprinsiplərimizə uyğun olaraq onunla tərəfdaşlıq və dəstək verməyədavam etmək öhdəliyini ifadə edir”.

Adıçəkilən görüşdə tərəf olaraq iştirak edən Avropa İttifaqınınxarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsiJozef Borel isə çıxışı zamanı “Biz Ermənistanındemokratiya, korrupsiya ilə mübarizə və qanunun aliliyinin bərqərarolması istiqamətində səylərini alqışlayırıq” deyəbildirib.

Beləliklə, Ermənistanda aparılan qərbmeyilli xarici siyasətkursu yaşanan korrupsiya qalmaqallarının diqqətdən kənar qalmasınaşərait yaradır. Lakin araşdırmalar nəticəsində ortaya çıxmışaşağıdakı qanunsuz fəaliyyətlər Avropa İttifaqının xarici əlaqələrvə təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borelinsimasında digər yüksək rütbəli Brüssel məmurlarının sözlərininyalan olduğunu təsdiqləyir.

Hakim “Mülki Müqavilə” partiyasının maliyyəmaxinasiyası

Cari ilin mart ayında Mütəşəkkil Cinayətkarlıq vəKorrupsiya Hesabatı Layihəsi (Organized Crime and CorruptionReporting Project) və onun Ermənsitandakı yerli tərəfdaşıtərəfindən Ermənistanın hakim partiyasının əldə etdiyi ianələrinmənbəyi ilə bağlı araşdırma yayımlanıb.

Məlumat üçün bildirək ki, qlobalist, liberal dairələr tərəfindənmaliyyələşən mərkəz hazırda dünyada beynəlxalq qeyri-hökuməttəşkilatı statusunu daşıyır və bəzi ölkələrə qarşı siyasi təsiraləti olaraq “istifadə” edilir. Ermənistandakı “demokratik” rejiminyaradılmasından sonra ilk dəfədir ki, ölkədəki korrupsiya barəsindəqlobal mediada məlumatlar paylaşılır.

Ermənistanın hakim Mülki Müqavilə partiyası 2022-ci ildə 170milyon dram (təxminən 420 min ABŞ dolları) məbləğində ianə qəbuledib və bu rəqəm partiyanın analoji ildə büdcəsinin üçdə birindənçoxunu təşkil edib. Lakin rəsmi maliyyə hesabatının araşdırılmasınəticəsində partiyanın maliyyələşməsi ilə bağlı ciddi suallarortaya çıxıb.

Araşdırmaçı jurnalistlərin Mülki Müqavilə partiyası tərəfindənianələr etdiyi rəsmən qeyd edilən şəxslərlə müzakirələri zamanıonların bir qisminin bu tip maliyyə əməliyyatlarından ya xəbərsizolduqları ya da hadisəni xatırlamadıqları üzə çıxıb. Araşdırmaçərçivəsində məlumatları dəqiqləşdirmək üçün əlaqə yaradılan 31donorun yarısı bu tip ianə etmədiklərini bildirib.

Məsələn, açıqlanan siyahıda öz partiyasının donoru kimi adıkeçən Ermənistanın Kotayk bölgəsinin Çarentsavan qəsəbə şurasınınüzvü Lilit Haroyan jurnalistlərlə müzakirə zamanı, baş verənlərizarafat adlandıraraq, bu barədə ilk dəfədir ki, eşitdiyinibildirib. Lakin rəsmi sənəddə qeyd olunur ki, o, Ermənistanın hakimMülki Müqaviləi partiyasının büdcəsinə bir milyon dram (təxminən 2500 ABŞ dolları) maliyyə yardımı göstərib, halbuki o, həmin ilgəlirinin olmadığını bəyan edib.

Jurnalistlərin əlaqə saxladığı digər nümayəndə, Mülki Müqaviləpartiyasının açıqladığı maliyyə hesabatında 1,5 milyon dram(təxminən 3 700 ABŞ dolları) məbləğində ianə etdiyi göstərilən Vedişəhər şurasının üzvü Serob Avetisyan isə məsələyə emosionalreaksiya verərək, sualdan yayınmağa cəhd göstərib. Sitat:“Əgər siz həqiqətən də jurnalistsinizsə, mənim sizinlədanışmağa vaxım yoxdur” Daha sonra medianümayəndələri tərəfindən aparılan müzakirə zamanı Serob Avetisyanpartiyaya ianə etmədiyini bildirib.

Bildirək ki, açıqlanan maliyyə hesabatında Mülki Müqaviləpartiyası tərəfindən aparılmış şübhəli maliyyə əməliyyatları yalnızpartiyanın bələdiyyə şuralarının üzvləri ilə yekunlaşmır. Məsələn,rəsmi sənədlərdə İrəvanın Avan rayon administrasiyasında sürücüolaraq çalışan Sisak Şahbazyan tərəfindən 2022-ci ilin avqustundannoyabrına kimi partiyaya ümumi həcmi 1,7 milyon dram (təminən 4 200ABŞ dolları) məbləğində dörd köçürmə edilib. Cənab Şahbazyanjurnalistlərin suallarını cavablandırarkən pulun ona məxsusolmadığını və partiya üzvlərinin ondan bu məbləği köçürməsiniistədiklərini bildirib. Sitat:

“Yaxın dostlar (pulları) verdilər, mən onlarıköçürdüm. Biz partiyaya ianə etdik ki, kirayə haqqınıödəsinlər."

Şübhəli maliyyə əməliyyatları Ermənistanın Taşir şəhər şurasınınüzvü Meline Sukiasyanın da başına gəlib. Belə ki, maliyyəhesabatında xanım Sukiasyanın 2022-ci ilin oktyabr və noyabraylarında 3 milyon dram (təxminən 7 500 ABŞ dolları) dəyərində ikiianə həyata keçirməsi qeyd edilir. O, məsələ ilə bağlıjurnalistlərin suallarını cavablandırarkən belə deyib. Sitat:

Belə pulum yoxdur, ianə edə bilməzdim. Mənartıq onlara (Mülki Müqavilə partiyasına) etibar etmirəm. Əgər beləsənədləriniz varsa mənə göndərin. Mən, adıma böhtan atılmasınaicazə verməyəcəm”.

Ermənistan hökuməti son illərdə korrupsiyaya qarşı mübarizəçərçivəsində atdığı addımları ölkəni idarə etmiş keçmiş oliqarxikelitanın siyasi-ictimai vəziyyətə təsirlərinin qarşısını almaqməqsəd ilə etdiyini bildirir. “İslahatlar” çərçivəsində hüquqişəxslərdən nəğd pul və köçürmələrin qadağan edilməsi, habelə fizikişəxslərin maliyyə dəstəyinin məhdudlaşdırılmasından sonra hakimpartiyanın şübhəli maliyyə əməliyyatları həyata keçirməsi fərqlimətləblərdən xəbər verir.

Məsələ ilə bağlı Transparency InternationalAnti-Korrupsiya Mərkəzinin Ermənistandakı icraçı direktoruSona Ayvazyan bildirir ki, “lazımi vəsaiti əldə etməküçün siyasi partiyalar çox güman ki, qanundan yan keçmək vəqeyri-qanuni sxemlərdən istifadə etmək yollarınıaxtarırlar”.

Ermənistanın hakim Mülki Müqavilə partiyasının maliyyələşməsindəistifadə edilən qanunsuz üsullar və yuxarıda adları sadalanan sadəvətəndaşların bu tip çirkli siyasi oyunlarda istifadəsi davamlıxarakter alıb. Ermənistan hökuməti keçmiş avtoritar hökumətdənfərqli olaraq özünü demokrat, xalqın təyin etdiyi hakimiyyət olaraqadlandırsa da, korrupsiya əməllərinin sadəcə olaraq üslubu dəyişib,ancaq mahiyyət eynidir.

Helsinki VətəndaşAssambleyası-Vanadzor qeyri-hökuməttəşkilatının demokratiya üzrə koordinatoru Vardine Qriqoryan isədüşünür ki, ianələrin xarakteri partiyanın vəsaitlərinin mənbəyinigizlətmək cəhdindən xəbər verir. O hesab edir ki, pul“müxtəlif mənbələrdən nağd şəkildə alına, sonra isə öznamizədləri adından partiyaya ötürülə bilərdi”.

Sual olunur:

Nikol Paşinyanın rəhbəri olduğu hakim siyasi partiyahansı pullar hesabına ianə fəaliyyətini həyatakeçirir?

Adları çəkilən sıravi partiya nümayəndələrininadlarından istifadə edilərək, qanunsuz yollarla partiya büdcəsinə“idxal edilən” pulların mənbəyi haradır?

Ola bilərmi ki, uzun illər ərzində erməni xalqınınboğazından kəsərək, sərvət toplayan keçmiş siyasi elitanın çirklipulları məhz bu yolla “ağardılır”?

Həm də Paşinyan iqtidarının lehinə

İstənilən halda ortaya çıxarılan danılmaz faktlar “demokratik”Ermənistan hökumətinin korrupsiya ilə mübarizədə səsləndirdiyibəyanatların əslində populizm olduğunu göstərir.

Qlobal donorlar hesabına yaradılan MütəşəkkilCinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organized Crime andCorruption Reporting Project), habelə TransparencyInternationalHelsinki VətəndaşAssambleyası kimi qeyri-hökumət təşkilatlarınınErmənistandakı korrupsiya haqqında rəyləri isə Qərb bürokratları vəsiyasətçiləri tərəfindən qulaqardına vurulur.

İlk hissənin sonu.

Ardı var…Növbəti hissədə Ermənistan hakim partiyasının digərkorrupsiya qalmaqalları və bu prosesdə iştirak edən bank haqdaməlumatlar təqdim ediləcək.

Seçilən
91
3
Mənbələr
Şərh ()
Bağla