AZ

Yüngül zədəli maşın 5 dollara satıldı – SƏBƏB- FOTO

Avtomobil hərraclarında bəzən rekord ucuz qiymətə münasib maşın tapmaq mümkün olur. 

Avtosfer.az xəbər verir ki, ABŞ-də Copart hərracında 2008-ci ilin BMW X5 avtomobili cəmi 5 dollara satılıb. Təxminən 200 min km qət etmiş maşının sağ qanadı yüngül zədələnib, digər hisələri qaydasındadır. Azərbaycanlı ustalar bu maşını maksimum min manata işə yarayan vəziyyətə gətirə bilərlər. Müqayisə üçün deyək ki, bu yaşda saz vəziyyətdə olan BMW X5 ABŞ-də təxminən 7 min dollara satılır. 
Ucuzluğun əsas səbəbi maşının Havay adalarında olmasıdır. Onun hansısa MDB ölkəsinə gətirilməsi üçün təxminən 7000 dollar vəsait və azı 3 ay vaxt lazımdır.

Vüqar

FOTO QALEREYA
Seçilən
82
Mənbələr
Şərh ()
Bağla