AZ

"Ticarət şəbəkələrində dəmirlə zənginləşdirilmiş una da rast gəlinəcək" - Qoşqar Təhməzli

Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

AQTA sədri bildirib ki, yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək: “Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə ticarət şəbəkələrində satılan adi unla yanaşı eyni zamanda dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”.

Anar Kəlbiyev

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla