AZ

Baş məşqçi getsə, bu hücumçunu satacaq - Məşhur klub

“Yuventus” hücumçusu Federiko Kyeza üçün təklifləri dinləməyə hazırdır.

Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, baş məşqçi Massimiliano Alleqri yayda postunu tərk edərsə, italiyalı futbolçunun satılma ehtimalı xeyli artacaq.

Kyezanın adı əvvəllər iki İngiltərə klubu ilə – “Liverpul və “Nyukasl”la yanaşı hallanırdı. Forvard uğrunda mübarizədə hansı klubun daha üstün olduğu hələ məlum deyil.

Kyeza bu mövsüm A Seriyasında 7 qol vurub və 1 məhsuldar ötürmə edib. 26 yaşlı futbolçu “Yuventus”a 2020-ci ildə “Fiorentina”dan keçib.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla